İranda milli matəm elan olunub

Nərmin Qocamanlı
İranda milli matəm elan olunub

İranda milli matəm elan olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

Qeyd edək ki, ötən gün "Qız Qalası" bəndinin açılışından sonra İran prezidenti İbrahim Rəisini aparan helikopterlə əlaqə itib. 

Daha sonra helikopterin çətin relyefli ərazidə qəza enişi etdiyi bildirilib və axtarışlara başlanılıb.

10-saatdan çox davam edən axtarışlardan nəticə olmadığı üçün İran Türkiyədən yardım istəyib və "AKINCI" PUA-sının köməkliyi ilə qəzaya uğrayan helikopter tapılıb.

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri bildirib ki, helikopterdə olan İran prezidenti və xarici işlər naziri də daxil olmaqla bütün heyət həlak olub.

Daha sonra məlumatı İranın dövlət televiziyası da təsdiqləyib.

Digər xəbərlər