Yaponiyada yağan güclü qar nəticəsində ölənlərin sayı 14-ə çatıb

Nərmin Qocamanlı
Yaponiyada yağan güclü qar nəticəsində ölənlərin sayı 14-ə çatıb

Yaponiyanın müxtəlif bölgələrində güclü qar yağması nəticəsində baş verən fəlakət və qəzalarda həyatını itirənlərin sayı 14-ə yüksəlib.

"Operativ Media" NHK dövlət televiziyasının məlumatına istinadən xəbər verir ki, dekabrın 17-dən şimal və qərb ştatlarında yağan qar həyata mənfi təsir göstərir.

 

Ölkənin Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin (Şoboço) məlumatına görə, ölkə daxilində güclü qar yağması nəticəsində baş verən fəlakət və qəzalarda ölənlərin sayı 14-ə, yaralıların sayı isə 80-ə çatıb.

Digər xəbərlər