ABŞ: Çin Ukrayna böhranının davam etməsinə töhfə verir
Çin Ukrayna böhranının davam etməsinə töhfə verir.
"Operativ Media" xəbər verir ki, bunu dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib.
ABŞ dövlət katibi Antoni Blinkenin Avropaya gözlənilən səfərinə həsr olunmuş jurnalistlər üçün xüsusi onlayn brifinqdə çıxış edən diplomat qeyd edib: "Biz Çinin Ukraynadakı münaqişənin iştirakçısı olduğunu vurğulayırıq. Çin Ukraynadakı hərbi əməliyyatlarında Rusiyaya dəstək verir".
"Çinə mesajımız budur ki, bu addımlara son qoyulmalıdır", - ABŞ rəsmisi əlavə edib.
Onun fikrincə, Pekin ABŞ-nin mövqeyini ciddi qəbul edir və bunu Vaşinqtonun Avropalı müttəfiqləri və tərəfdaşlarına da çatdırır.
"Biz etiraf edirik ki, Çin Ukrayna münaqişəsinin davam etdirilməsinə töhfə verir və Rusiyaya Avropa üçün təhlükə yaratmağa kömək edir", - Dövlət Departamentinin sözçüsü deyib.
Onun sözlərinə görə, Vaşinqton Çinə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərlə bağlı Avropadakı həmkarları ilə məsləhətləşmələri davam etdirir.
Teqlər:
"AB\u015e: \u00c7in Ukrayna b\u00f6hran\u0131n\u0131n davam etm\u0259sin\u0259 t\u00f6hf\u0259 verir"