Ana səhifə / Dünya / ABŞ və Yaponiyada güclü qar nəticəsində 50 nəfər həyatını itirib ABŞ və Yaponiyada güclü qar nəticəsində 50 nəfər həyatını itirib 26.12.2022, 12:19 Nərmin Qocamanlı ABŞ-da yağan güclü qar nəticəsində ölənlərin sayı 34-ə çatıb. "Operativ Media" xəbər verir ki, bu barədə BBC məlumat yayıb . Məlumata görə, Nyu-Yorkun Eri dairəsində daha 12 ölüm təsdiqlənib, bəzi qurbanlar avtomobillərdə və ya qarda ölü tapılıb. ABŞ-ın Vermont, Ohayo, Missuri, Viskonsin, Kanzas və Kolorado ştatlarında da ölüm halları qeydə alınıb. İndependent qeyd edir ki, Yaponiyada güclü qar yağması artıq 17 nəfərin həyatına son qoyub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, daha 93 nəfər xəsarət alıb. Əlverişsiz hava şəraiti səbəbindən yüzlərlə ev işıqsız qalıb.
15.02.2026, 16:49 Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
15.02.2026, 16:48 Prezident İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib - YENİLƏNİB