Menyu

Cənubi Koreya və Çin müdafiə və xarici işlər nazirlikləri arasında dialoqa dair razılığa gəliblər

Cənubi Koreya və Çin müdafiə və xarici işlər nazirlikləri arasında dialoqa dair razılığa gəliblər

Koreya Respublikasının Prezidenti Yun Seok-yeol və Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Qianq iki ölkənin xarici işlər və müdafiə nazirlikləri arasında "2+2" formatında təhlükəsizlik dialoqunun başlanmasına dair razılığa gəliblər. 

"Operativ Media" xəbər verir ki, bunu Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik Departamenti rəhbərinin müavini Kim Tae-hyo deyib.

Onun sözlərinə görə, məşvərətçi qurumda Xarici İşlər Nazirliyindən nazir müavinləri səviyyəsində olan məsul şəxslər və müdafiə nazirliklərinin idarə rəisləri iştirak edəcək. Yonhap agentliyi xəbər verir ki, ilk görüş iyunun ortalarında baş tutacaq .

Tərəflər həmçinin azad ticarət sazişinin dərinləşdirilməsi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər: "İkinci mərhələ danışıqları təkcə mal ticarətini deyil, həm də xidmət sektoru, mədəniyyət, turizm və hüquqi xidmət sahələrini müzakirə edəcək", - Kim Tae-hyo bildirib. 

Çin və Cənubi Koreya arasında azad ticarət sazişi 2015-ci ildən qüvvədədir. İki ölkə liderləri 2017-ci ilin dekabrında danışıqların ikinci mərhələsinin başlandığını elan ediblər.

Bundan əlavə, Yun Seok Yeol və Li Qianq 13 ildən sonra investisiya əməkdaşlığı komitəsinin işini bərpa etmək barədə razılığa gəliblər. İki ölkənin rəhbərliyi tədarük zəncirinin sabitliyi ilə bağlı ticarət nazirləri arasında dialoqun başlaması barədə razılığa gəlib.

Teqlər:

"C\u0259nubi Koreya v\u0259 \u00c7in m\u00fcdafi\u0259 v\u0259 xarici i\u015fl\u0259r nazirlikl\u0259ri aras\u0131nda dialoqa dair raz\u0131l\u0131\u011fa g\u0259libl\u0259r"

Əlaqəli Xəbərlər