Menyu

Slovakiyanın Baş naziri təkrar tibbi müayinədən keçəcək

Slovakiyanın Baş naziri təkrar tibbi müayinədən keçəcək

Slovakiyanın Baş naziri Robert Fitso mayın 27-də təkrar tibbi müayinədən keçəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə onun müalicə aldığı xəstəxananın rəsmi “Facebook” hesabında bildirilib.

“Baş nazirin sağlamlığı tibbi şuranın proqnozlarına uyğundur. Nəzarət müayinələri sabah da davam etdiriləcək”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Fitsoya sui-qəsd cəhdi mayın 15-də baş verib. Baş nazir kabinet iclasından sonra küçədə tərəfdarları ilə danışıb. 71 yaşlı yazıçı Yuray Cintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb və saxlanılıb. Sinə, bud və mədəsindən yaralanan baş nazir helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

Teqlər:

"Slovakiyan\u0131n Ba\u015f naziri\u00a0t\u0259krar tibbi m\u00fcayin\u0259d\u0259n ke\u00e7\u0259c\u0259k"

Əlaqəli Xəbərlər