ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 18-ə yüksəlib
Nərmin Qocamanlı
ABŞ-nin Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarını təsir edən qasırğada həyatını itirənlərin sayı 18-ə yüksəlib.
"Operativ Media" xəbər verir ki, Texas qubernatoru Qreq Abbott Valley sürəti saatda təxminən 217 kilometrə çatan fırtına nəticəsində təxminən 100 nəfərin yaralandığını və 200-dən çox strukturun zədələndiyini bildirib.
Qubernator Abbott ölənlərin sayının artacağını gözləmədiklərini və Texasda heç kimin itkin olmadığını ifadə edib.
Məlumata görə, Arkanzas və Missuri ştatlarında 170 mindən çox ev təsərrüfatları şiddətli fırtına və hava şəraiti səbəbindən elektrik enerjisi ala bilməyib, Texas və Oklahoma ştatlarında isə təxminən 30 min ailənin elektrik enerjisi kəsilib.