Menyu

Ermənistanda saxlanılan etirazçıların sayı artıb

Nərmin Qocamanlı
Ermənistanda saxlanılan etirazçıların sayı artıb

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi etiraz aksiyalarında saxlanılanların sayı artıb.

"Operativ Media" xəbər verir ki, bunu “Ermənistan” qrupunun deputatı Qarnik Danielyan deyib.

Onun sözlərinə görə, saxlanılan etirazçıların sayı 300-dən çox olub. O, mitinqlərdə 48 küçənin bağlandığını bildirib.

Qeyd edək ki, Ermənistanda İrəvanın sülh prosesi çərçivəsində dörd sərhəd kəndinin Bakıya verilməsinə qarşı etirazlar başlayıb. Vətəndaş fəallarının liderlərindən biri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan olub. Etirazçılar baş nazirdən qərarı ləğv etməyi və tutduğu vəzifədən istefa verməsini tələb edirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər