Menyu

Lavrov Stoltenberqi səlahiyyətlərini aşmaqda ittiham edib

Nərmin Qocamanlı
Lavrov Stoltenberqi səlahiyyətlərini aşmaqda ittiham edib

NATO-nun baş katibi Yens Stoltenberq blokun bütün üzvləri adından çıxış edərək və Kiyevin Rusiyanı vura bilməli olduğunu əsas gətirərək səlahiyyətlərini aşıb.

"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Belə ki, NATO-nun baş katibi alyansın müttəfiqlərini Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı infrastruktur obyektlərinə Qərb silahları ilə hücum etməsinə qoyulmuş qadağanı ləğv etməyə çağırıb. Bunun ardınca İtaliya Baş nazirinin müavini və Liqa partiyasının lideri Matteo Salvini Yens Stoltenberqi istefaya və ya italyanlar adından danışmaq hüququ olmadığı üçün üzr istəməyə çağırıb.

Buna cavab olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO baş katibinin bu cür bəyanatlar vermək hüququna malik olduğuna şübhə edib.

“Mən baş katibin bu cür məsuliyyəti öz üzərinə götürə biləcəyinə, NATO çərçivəsində məsələ müzakirə olunan zaman blok üzvləri adından danışa biləcəyinə şübhə edirəm. Hesab edirəm ki, o, öz səlahiyyətlərini aşıb”, – Rusiya XİN rəhbəri vurğulayıb.

Teqlər:

"Lavrov Stoltenberqi s\u0259lahiyy\u0259tl\u0259rini a\u015fmaqda ittiham edib"

Əlaqəli Xəbərlər