Belarus və Rusiya birgə taktiki təlimlər keçirəcək
Nərmin Qocamanlı
Mayın 27-dən mayın 31-dək Belarus və Rusiya silahlı qüvvələri Hərbi Hava Qüvvələri, Aerokosmik Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin qüvvə və vasitələri ilə birgə taktiki-uçuş təlimi keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər vahid regional hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi çərçivəsində və idarəetmə orqanlarının və uçuş heyətinin qarşılıqlı fəaliyyətinin və hazırlığının artırılması məqsədi ilə həyata keçiriləcək.
Onlara hava qüvvələri və hava hücumundan müdafiə qüvvələri komandanlıq edəcək. Təlimdə Belarus Silahlı Qüvvələrinin aviasiya hərbi hissələri, zenit-raket bölmələri və radiotexniki qoşunları, Rusiya Federasiyası Aerokosmik Qüvvələrinin (VKS) kəşfiyyat, qırıcı və ordu aviasiya dəstələri iştirak edir.
Eyni zamanda təlimlərdə müxtəlif aviasiya qüvvələrinin idarə olunması və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi zamanı qarşılıqlı fəaliyyətin təşkili məsələləri həll olunacaq.
Respublika Müdafiə Nazirliyi əlavə edib ki, bu təlimin əsas səyləri dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəlib.
Teqlər:
"Belarus v\u0259 Rusiya birg\u0259 taktiki t\u0259liml\u0259r ke\u00e7ir\u0259c\u0259k"