Menyu

Çexiya Senatına seçkilər sentyabrın 20 və 21-də keçiriləcək

Çexiya Senatına seçkilər sentyabrın 20 və 21-də keçiriləcək

Çexiya Prezidenti Petr Pavel respublika parlamentinin Senatına (yuxarı palata) seçkiləri 2024-cü il sentyabrın 20 və 21-nə təyin edib. Eyni zamanda, regional özünüidarə orqanlarına seçkilər keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Çexiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Respublikanın Prezidenti Konstitusiyaya və müvafiq seçki qanunlarına uyğun olaraq, Çexiya Senatına və regional özünüidarə orqanlarına seçkilərin 2024-cü il sentyabrın 20-si cümə və 21 sentyabr şənbə günləri keçirilməsi barədə qərar qəbul edib", - sənəddə deyilir.

Seçkilərin keçirilmə tarixi haqqında fərmanı Çexiyanın Baş naziri də imzalamalıdır.

Çexiyanın 10,9 milyon əhalisinin təxminən 8,5 milyonunun Çexiyada səsvermə hüququ var.

Teqlər:

"\u00c7exiya Senat\u0131na se\u00e7kil\u0259r sentyabr\u0131n 20 v\u0259 21-d\u0259 ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər