Reuters: MAQATE ilə İran arasında dialoqda heç bir irəliləyiş əldə olunmayıb
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə İran arasında dialoqda il ərzində irəliləyiş əldə olunmayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə agentliyin hesabatını araşdıran "Reuters" agentliyi məlumat yayıb.
"Son bir il ərzində 4 mart 2023-cü il tarixli Birgə Bəyanatın icrasında heç bir irəliləyiş əldə olunmayıb", - "Reuters" agentliyi MAQATE-nin hesabatından sitat gətirib.