İsrail tərəfi ilə atışmada bir Misir əsgəri həlak olub
Rəfah keçid məntəqəsi yaxınlığında İsrail hərbçiləri ilə atışmada bir Misir əsgəri həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Qərib Abdel Hafiz məlumat verib.
"Misir Silahlı Qüvvələri Rəfah keçid məntəqəsi ərazisində hərbçilərdən birinin ölümü ilə nəticələnən atışma hadisəsini araşdırır", - Abdel Hafizin rəsmi "Facebook" səhifəsində dərc edilən bəyanatda deyilir.
Atışmanı hansı tərəfin törətdiyi barədə məlumat verilmir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net