Menyu

Argentinada yeni baş nazirin kimliyi bəlli olub

Əziz Əzizli
Argentinada yeni baş nazirin kimliyi bəlli olub

Argentina Prezidenti Xavyer Miley kabinetə yeni rəhbər təyin edib.

"Operativ Media" xəbər verir ki, bu barədə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bu vəzifə daxili işlər naziri Gilyermo Frankosa həvalə edilib.

Bəyanatda qeyd olunub:

“Prezidentin Aparatı Nikolas Possenin Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən istefa verdiyini elan edir. Hökumət rəhbərliyinə daha çox siyasi çəki vermək üçün baş nazir postunu Gilyermo Frankos icra edəcək”.

“La Nación” qəzetinin yazdığına görə, baş nazirin istefasına səbəb “hökumətin tərəqqisi və ona tapşırılan vəzifələrlə bağlı yanaşmalar və gözləntilərdə fərqlilik” olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər