Menyu

Hindistan və Banqladeşdə tropik siklon nəticəsində azı 16 nəfər ölüb

Nərmin Qocamanlı
Hindistan və Banqladeşdə tropik siklon nəticəsində azı 16 nəfər ölüb

“Remal” tropik siklonu Hindistan və Banqladeşi vurub. Qasırğa nəticəsində ən azı 16 nəfər həyatını itirib, milyonlarla insan işıqsız qalıb.

"Operativ Media" xəbər verir ki, banqladeşli iqlim mütəxəssisi Liakath Ali bir çox yerdə suların qalxdığını və drenaj sistemlərini gərginləşdirdiyini bildirib.

Məlumata görə, Banqladeşdə ən azı 10 nəfər ölüb, təxminən 35 min ev dağılıb, 115 min evə isə qismən ziyan dəyib.

Hindistanda 6 nəfər ölüb, onlardan 4-ü elektrik cərəyanı vurub, 1200 elektrik dirəyi və 52 ağac aşıb.

Səlahiyyətlilər hər iki ölkədə təxminən 1 milyon, Banqladeşdə təxminən 800 min və Hindistanda təxminən 110 min insanın sığınacaqlara sığındığını açıqlayıb.

Küləyin sürəti saatda 135 kilometrə çatan siklon dünən axşam saatlarında Banqladeşin cənubundakı Monqla limanı və Hindistanın Qərbi Benqal bölgəsindəki Saqar adaları ətrafından keçərək quruya çıxıb.

Teqlər:

"Hindistan v\u0259 Banqlade\u015fd\u0259 tropik siklon n\u0259tic\u0259sind\u0259 az\u0131 16 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər