Fransa hökumətinin Yeni Kaledoniyada azlıq təşkil edən Fransa vətəndaşlarına səsvermə hüququ verən qanunun ardınca mayın 13-də başlayan şiddət hadisələrilə əlaqədar ölkədən təxliyə edilən əcnəbilərin sayı 1200-ə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fransa Ali Komissiyası məlumat yayıb.
Bildirilib ki, iyunun 2-nə qədər La Tontouta hava limanını və hava məkanını bağlayan Fransa, Avstraliya və Yeni Zelandiya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təxliyələr zamanı 270 ada vətəndaşının evlərinə qayıdacaq.
Bundan əlavə, 60 nəfər ətraf adalardan hava yolu ilə paytaxt Numeyə gətirilib.