Menyu

Stoltenberq: Kiyevə daha çox hava hücumundan müdafiə sistemləri lazımdır

Stoltenberq: Kiyevə daha çox hava hücumundan müdafiə sistemləri lazımdır
1 dəq oxu

Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə, o cümlədən Patriotlara ehtiyacı var.

"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"Avropa İttifaqının müdafiə nazirləri ilə Ukraynaya dəstəyi müzakirə edəcəyik. Biz Ukraynaya geniş və intensiv şəkildə kömək etməliyik, xüsusən də hava hücumundan müdafiə sistemləri, o cümlədən ən müasir Patriotlara ehtiyac var. Artıq bu mövzuda müəyyən irəliləyiş var" - deyə baş katib bildirib.

 

Əlaqəli Xəbərlər