Menyu

Gürcüstan parlamenti Prezidentin yeni qanuna qoyduğu vetonu ləğv edib

Gürcüstan parlamenti Prezidentin yeni qanuna qoyduğu vetonu ləğv edib
1 dəq oxu

Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin xarici agentlər haqqında haqqında qəbul edilmiş yeni qanuna qoyduğu vetonu ləğv edib.

"Operativ Media" xəbər verir ki, vetonu aradan qaldırmağın lehinə 84, əleyhinə isə 4 deputat səs verib.

Parlamentin gərgin keçən iclasında insident də yaşanıb. Belə ki, hakim partiyanı təmsil edən deputat İrma Zavradaşvili "Strategiya Aqmaşenebeli" partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb. 

Bu qərarın ölkədə yenidən etirazlara səbəb olacağı düşünüldüyü üçün parlamentin binasındakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb. 

Əlaqəli Xəbərlər