Menyu

Erməni kilsəsi hakimiyyətin hərəkətlərini rüsvayçılıq adlandırıb

Erməni kilsəsi hakimiyyətin hərəkətlərini rüsvayçılıq adlandırıb

Erməni Apostol Kilsəsi bütün ermənilərin katolikosu II Karekinin və ruhanilərin Sərdərabad memorial kompleksinə daxil olmasının qarşısını almaq cəhdi ilə bağlı bəyanat yayıb və hakimiyyətin hərəkətlərini "rüsvayçı və xalqa zidd" adlandırıb. 

"Operativ Media" xəbər verir ki, bəyanat Müqəddəs Eçmiədzin taxt-tacının saytında dərc olunub.

"Bütün ermənilərin katolikosu II Karekinin Sərdarabad memorial kompleksinə səfəri zamanı polisin erməni patriarxına və kilsə üzvlərinə qarşı davranışı qeyd edilib, abidənin ərazisinə girişə qadağa qoyulması və zorakılıq aksiyaları hakimiyyətin biabırçı və xalqa qarşı fəaliyyətidir", - bəyanatda deyilir.

Qeyd olunur ki, polisin zorakılığına və qadağalarına baxmayaraq, katolikos "may ayındaki qəhrəmanlıq döyüşlərində şəhid olan igid ermənilərin ruhlarına şəfaət üçün abidə önündə dua oxuyub".

Teqlər:

"Erm\u0259ni kils\u0259si hakimiyy\u0259tin h\u0259r\u0259k\u0259tl\u0259rini r\u00fcsvay\u00e7\u0131l\u0131q adland\u0131r\u0131b"

Əlaqəli Xəbərlər