Türkiyə TŞ: Ukraynadakı problemin tezliklə nizamlanmasının tərəfdarıyıq
Türkiyənin Milli Təhlükəsizlik Şurası (TŞ) Ukraynada problemin tezliklə nizamlanmasının tərəfdarı olduğunu bildirib və Qara dəniz hövzəsində gəmiçilikdə təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası keçirilən şuranın bəyanatında deyilir.
"Ukraynadakı müharibə ilə bağlı son hadisələr müzakirə edilib. Ədalətli və davamlı sülhün tezliklə bərqərar olması imkanları ilə birlikdə Qara dənizdə gəmiçilikdə təhlükəsizliyin gücləndirilməsi üçün səylərin davam etdirilməsinin vacibliyi qiymətləndirilib", - deyə məlumatda qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net