Gürcüstanın Baş naziri: Rusiya ilə bağlı siyasətimiz praqmatikdir
Tbilisi Moskvaya qarşı praqmatik siyasət aparır.
"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.
"Bizim praqmatik siyasətimiz var, eyni zamanda, bu siyasət prinsipialdır", - Kobaxidze deyib.
O, Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına üzv olacağına tam əminliyini də ifadə edib. Bununla belə, onun fikrincə, respublika Aİ-yə inteqrasiya mövzusundan istifadə edərək ölkəni Ukraynadakı vəziyyətə gətirmək üçün şantajlara imkan verməməlidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net