Çexiyanın Baş naziri: Ukrayna iyunda yeni mərmilər alacaq
Ukrayna Çexiya təşəbbüsü çərçivəsində iyun ayında on minlərlə 155 mm-lik mərmi alacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala bir sıra Avropa ölkəsi liderlərinin görüşü başlamazdan əvvəl bildirib.
"Çexiya Ukraynaya sursat tədarükü təşəbbüsünü davam etdirməyə hazırdır. Aİ və NATO-nun 15 ölkəsi artıq Ukrayna Silahlı Qüvvələri üçün mərmilərin alınması məqsədilə 1,6 milyard avrodan çox töhfə verib", - Baş nazir qeyd edib.
Praqanın qeyri-rəsmi görüşündə Polşa Prezidenti Andjey Duda, Danimarka hökumətinin başçısı Mette Frederiksen, Niderlandın Baş naziri Mark Rutte, Latviyanın Baş naziri Evika Silina, habelə Ukrayna Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqal və ABŞ nümayəndələri iştirak edəcəklər.
Çexiyanın Ukraynaya sursat tədarükü təşəbbüsündən əlavə, Almaniyanın Kiyevə hava hücumundan müdafiə sistemlərinin göndərilməsi təşəbbüsü də müzakirə olunacaq.
Teqlər:
"\u00c7exiyan\u0131n Ba\u015f naziri: Ukrayna iyunda yeni m\u0259rmil\u0259r alacaq"