Yunanıstanda Daxili İşlər Nazirliyi və AP üzvü cərimələnib
Nərmin Qocamanlı
Yunanıstanın Məlumatların Mühafizəsi Təşkilatı Avropa Parlamentində (AP) Yunanıstan parlamentinin üzvü Anna Misel Asimakopulu və Yunanıstan Daxili İşlər Nazirliyini şəxsi məlumatların qorunması ilə bağlı qanunu pozduğuna görə cərimələyib.
"Operativ Media" xəbər verir ki, Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən edilən açıqlamada Asimakopulunun xaricdəki seçicilərə 1 mart 2024-cü il tarixli və “AP seçkilərinə 100 gün qalmış” başlıqlı istənməyən siyasi e-poçt göndərdiyinə dair çoxlu şikayətlərin olduğu bildirilib.
Qurum tərəfindən bu istiqamətdə aparılan araşdırmalar nəticəsində 2024-cü ilin iyun ayında keçiriləcək AP seçkilərinin əcnəbi seçici siyahılarının şəxsi məlumatlarının nazirliyin məsuliyyətində olduğu müəyyən edilib. E-poçt ünvanlarını və telefon nömrələrini ehtiva edən və 8 iyun 2023-cü ildə yaradılan siyahının 8-23 iyun 2023-cü il tarixləri arasında Nazirlikdən kənara sızdırıldığı və daha sonra Asımakopuluya göndərildiyi müəyyən edilib.
Qurum şəxsi məlumatların mühafizəsi ilə bağlı Daxili İşlər Nazirliyini günahkar hesab edib və nazirliyə 400 min avro məbləğində cərimə tətbiq edib. Həmçinin qurum Asimakopulu şəxsi məlumatların qeyri-qanuni əldə etməsi və seçki qanunvericiliyini pozduğuna görə 40 min avro cərimələyib.
Teqlər:
"Yunan\u0131standa Daxili \u0130\u015fl\u0259r Nazirliyi v\u0259 AP \u00fczv\u00fc c\u0259rim\u0259l\u0259nib"