Menyu

Hindistan və Banqladeşdə siklonlar nəticəsində ölənlərin sayı 55-ə çatıb

Nərmin Qocamanlı
Hindistan və Banqladeşdə siklonlar nəticəsində ölənlərin sayı 55-ə çatıb

Hindistan və Banqladeşdə təsirli olan Remal siklonunun yaratdığı sel və torpaq sürüşməsi kimi hadisələr nəticəsində həyatını itirənlərin sayı 55-ə çatıb.

"Operativ Media" xəbər verir ki, Hindistanın Mizoram əyalətinin rəsmiləri tropik qasırğa nəticəsində ümumilikdə 40 nəfərin öldüyünü açıqlayıb.

Bildirilib ki, Hindistanda fırtına nəticəsində evlərin və infrastrukturun da zədələnib.

Eyni zamanda Banqladeşdə ölkəyə təsir edən siklon nəticəsində həyatını itirənlərin sayı 15-ə çatıb.

Beləliklə, iki ölkədə Remal siklon fırtınası nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.

Banqladeşdə fırtına səbəbindən 800 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə edilib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər