Menyu

ABŞ NATO-nun yeni baş katibi vəzifəsinə Ruttenin namizədliyini dəstəkləyib

ABŞ NATO-nun yeni baş katibi vəzifəsinə Ruttenin namizədliyini dəstəkləyib

Birləşmiş Ştatlar Hollandiyanın baş naziri vəzifəsini icra edən Mark Ruttenin NATO-nun növbəti baş katibi vəzifəsinə təyin edilməsini dəstəkləyir.

"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin Şimali Atlantika Alyansındakı (NATO) daimi nümayəndəsi Culian Smit deyib.

"Hesab edirəm ki, Mark Ruttenin böyük dəstək aldığı hamıya məlumdur, lakin hər bir müttəfiq onun namizədliyini təsdiqləməyə hazır deyil, ona görə də bu barədə əlavə məsləhətləşmələr aparılacaq. Biz bu məsələni Vaşinqtonda keçiriləcək sammitə qədər bağlamağa çalışırıq", - Smit vurğulayıb.

O, NATO-nun növbəti baş katibinin namizədliyinin alyansın iyulda Amerika paytaxtında keçiriləcək sammitindən əvvəl razılaşdırılacağına tam əmin olduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər