Menyu

Müxalifət lideri İrəvanda yeni etiraz aksiyası keçirəcəyini açıqlayıb

Müxalifət lideri İrəvanda yeni etiraz aksiyası keçirəcəyini açıqlayıb

"Vətən üçün Tavuş" müxalifət hərəkatının lideri, Baş nazirliyə namizəd Baqrat Qalstanyan tərəfdarlarını cümə axşamı saat 10:30-da İrəvanın Respublika meydanında etiraz aksiyası keçirməyə çağırıb.

"Operativ Media" xəbər verir ki, Qalstanyan bütün tərəfdarlarının aksiyalarda iştirak etməsini istəyib. 

"Sabah saat 10:30-da biz hər tərəfdən hökumət binasına yürüş edəcəyik, saat 11:00-da hökumətin iclası olacaq", - Qalstanyan bildirib.

Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyaları Bakı ilə İrəvan arasında Tavuş vilayətində sərhədin delimitasiyasına dair razılaşmanın əldə olunması xəbərindən sonra başlayıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər