WSJ: Tramp seçkidə qalib gəlsə, Maska məsləhətçi vəzifəsi təklif edə bilər
ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İlon Maskla onun məsləhətçi təyin olunmasını müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu təklif hələ tam hazırlanmayıb, lakin Tramp və Mask belə bir ehtimalı müzakirə ediblər ki, bu da sonuncunun sərhəd təhlükəsizliyi və iqtisadiyyatla bağlı siyasətə təsirini təmin edəcək.
Nəşr qeyd edir ki, Mask son vaxtlar bu mövzularda çıxış etməkdə fəallaşıb. Tramp seçkilərdə qalib gələ bilsə, biznesmeni daha aktiv olmağa cəlb etməyin yolunu tapmaq istəyir.