Menyu

Tayvanda məcburi hərbi xidmət müddəti uzadılır

Nərmin Qocamanlı
Tayvanda məcburi hərbi xidmət müddəti uzadılır

Tayvanda məcburi hərbi xidmət müddətinin 4 aydan 1 ilə qədər artırılması planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, Tayvan prezidenti Tsai İnq-venin ofisi adanın mülki müdafiəsini gücləndirmək üçün milli təhlükəsizlik iclasının keçiriləcəyini açıqlayıb.


Mərkəzi Xəbər Agentliyi isə xəbərlərini hökumət və hakim partiya rəsmilərinə əsaslandıraraq, yeni məcburi hərbi sistemin elan ediləcəyini və 2024-cü ildə qüvvəyə minəcəyini bildirib.

Qeyd edək ki, adadakı siyasi partiyalar kişilər üçün məcburi hərbi xidmət müddətini 2 ildən 4 aya endirmişdilər. Yeni planda hərbi xidmət müddətinin 1 ilə qədər artırılması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər