Ana səhifə / Dünya / Misirdə 5 bal gücündə zəlzələ baş verib Misirdə 5 bal gücündə zəlzələ baş verib 27.12.2022, 10:36 Nərmin Qocamanlı Misirin Cənubi Sinay əyalətində 5 bal gücündə zəlzələ baş verib. "Operativ Media" xəbər verir ki, ölkənin Milli Astronomiya və Geofizika Tədqiqat İnstitutu "Facebook" hesabından mövzu ilə bağlı açıqlama verib. Açıqlamada səhər saatlarında baş verən zəlzələnin episentrinin Cənubi Sinay əyalətinin Et-Tur şəhəri olduğu bildirilib. İlkin məlumata görə, zəlzələ 9,61 kilometr dərinlikdə baş verib. Misir mətbuatında zəlzələnin paytaxt Qahirədə də hiss olunduğu qeyd edilib.
15.02.2026, 16:49 Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
15.02.2026, 16:48 Prezident İlham Əliyevin Aleksandar Vuçiç ilə təkbətək görüşü keçirilib - YENİLƏNİB