Menyu

NATO: Kiyev Rusiyanı Qərb silahları ilə vurmaq hüququna malikdir

Nərmin Qocamanlı
NATO: Kiyev Rusiyanı Qərb silahları ilə vurmaq hüququna malikdir
1 dəq oxu

Kiyev Qərb silahları Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək hüququna malikdir.

"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Kiyevin özünü müdafiə etmək hüququ var və bizim də Rusiyadakı qanuni hərbi hədəflərə hücumlar da daxil olmaqla, ona bu hüququ reallaşdırmağa kömək etmək hüququmuz var”, - NATO-nun baş katibi bildirib.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, Polşa, İsveç, Çexiya, Finlandiya, Hollandiya, Kanada, Litva, Latviya və Estoniya öz silahlarından Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyə icazə verib.

 

Əlaqəli Xəbərlər