Menyu

Fransa tezliklə Ukraynaya hərbi təlimatçılar göndərə bilər

Fransa tezliklə Ukraynaya hərbi təlimatçılar göndərə bilər

Fransa bəzi müttəfiqlərinin qorxmasına baxmayaraq, tezliklə Ukraynaya hərbi təlimatçılar göndərə bilər. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" diplomatik dairələrdəki üç mənbəyə istinadən yazır.

Qeyd edilir ki, Fransa hakimiyyəti gələn həftə Ukrayna prezidenti Volodimir Zelenskinin Müttəfiqlərin Normandiyada desantların enişinin 80-ci ildönümünü qeyd etmək üçün Fransaya səfəri zamanı təlimatçıların göndəriləcəyini elan edə bilər.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski daha əvvəl fransalı hərbi təlimatçıların Ukraynada mümkün missiyası barədə danışıb.

Diplomatların verdiyi məlumata görə, Fransa ilkin olaraq təlim ehtiyaclarını müəyyən etmək üçün onlarla mütəxəssis göndərəcək. Daha sonra bir neçə yüz təlimatçı göndərəcək.

Teqlər:

"Fransa tezlikl\u0259 Ukraynaya h\u0259rbi t\u0259limat\u00e7\u0131lar g\u00f6nd\u0259r\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər