Menyu

Filippində güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 13-ə çatıb

Nərmin Qocamanlı
Filippində güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 13-ə çatıb

Filippində güclü yağışlardan sonra baş verən daşqınlarda həyatını itirənlərin sayı 13-ə yüksəlib.

"Operativ Media" xəbər verir ki, ölkənin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurasının verdiyi açıqlamada 13 nəfərin öldüyü, 6 nəfərin yaralandığı, 23 nəfərdən xəbər alına bilmədiyi bildirilib.

Ölkənin ən azı 6 rayonunda, o cümlədən 18 əyalətdə leysan yağışlar nəticəsində yaranan daşqınlarda təxminən 45 382 nəfərin təxliyə edildiyi qeyd edilib.

Bildirilib ki, 44 mindən çox ailə daşqınlardan zərər çəkib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər