Menyu

Azərbaycan-Türkiyə arasında yaşıl enerjinin ixracı ilə bağlı proseslərin sürətləndirilməsi razılaşdırılıb

Nərmin Qocamanlı
Azərbaycan-Türkiyə arasında yaşıl enerjinin ixracı ilə bağlı proseslərin sürətləndirilməsi razılaşdırılıb
1 dəq oxu

"Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə qardaşlıq, dostluq və müttəfiqlik təməllərinə əsaslanan enerji tərəfdaşlığımızın yeni mərhələsində təbii qaz və bərpa olunan enerji üzrə əməkdaşlıq prioritetlərimizi dəyərləndirdik".

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

"Azərbaycan-Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi, İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi, Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsindən irəli gələn məsələləri müzakirə etdik. Azərbaycan-Türkiyə arasında yaşıl enerjinin ixracı ilə bağlı proseslərin sürətləndirilməsini razılaşdırdıq", - o, qeyd edib.

Fotogalereya

Əlaqəli Xəbərlər