Teleqram hesabında paylaşdığı videomüraciətlə xalqa müraciət edən Zelenski ölkəsində Rusiyaya qarşı davam edən müharibə ilə bağlı qiymətləndirmələr edib.
"Operativ Media" xəbərinə görə, Volodimir Zelenski bildirib ki, onlar müdafiə və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşərək cəbhədəki son vəziyyəti müzakirə ediblər.
Görüşdə ordunun gələn il hazırlıqları barədə danışdıqlarını söyləyən Zelenski, "Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrini gələn il hazırlamağa davam edirik. Bu, həlledici il olmalıdır" deyə qeyd edib.
Məqsədlərinin Ukraynanın bütün torpaqlarını azad etmək olduğuna işarə edən Zelenski, 2023-cü ilə bu inamla girəcəklərini bildirib.






