Qırğızıstanla Rusiya arasında ticarət dövriyyəsi 5 faiz artıb
Nərmin Qocamanlı
2024-cü ildə Qırğızıstanla Rusiya arasında ticarət dövriyyəsi 5 faiz artıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “Rusiya – Qazaxıstan” və “Rusiya – Qırğızıstan” tematik sessiyaları zamanı Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib .
Tematik sessiyaların iştirakçıları ikitərəfli əsasda, həmçinin Aİİ və MDB çərçivəsində dövlətlər arasında tərəfdaşlığın inkişafının aktual məsələlərini müzakirə ediblər.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, 2024-cü ilin birinci rübündə Qırğızıstanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb.
Teqlər:
"Q\u0131r\u011f\u0131z\u0131stanla Rusiya aras\u0131nda ticar\u0259t d\u00f6vriyy\u0259si 5 faiz art\u0131b"