http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Külli miqdarda dövlət vəsaitini talamaqda təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

07 İyun 2024 , 12:39
Külli miqdarda dövlət vəsaitini talamaqda təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Masallı rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla Məhərrəm Əliyevin 24.08.2022-ci il tarixdən 31.10.2023-cü il tarixədək Masallı rayon MKTİB-nin rəisi vəzifəsində işlədiyi müddətdə qurumun baş mühasibi Qurbanxan İsgəndərov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 73 min manatdan artıq büdcə vəsaitini “Məhəmməd-2022” MMC-nin direktoru Yaşar Heydərovun köməkliyi ilə mənimsəməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Məhərrəm Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda törədilməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), Qurbanxan İsgəndərova və Yaşar Heydərova isə həmin Məcəllənin 32.5, 179.2.3, 32.5, 179.2.4, (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmədə köməkçi) 308.1, 313-cü və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə məhkəməyə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu