http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Dekarbonizasiya dinamikasının saxlanılması” mövzusunda dəyirmi masa keçirilib

07 İyun 2024 , 15:59
“Dekarbonizasiya dinamikasının saxlanılması” mövzusunda dəyirmi masa keçirilib

“Atlantik Şura"nın təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə “Dekarbonizasiya dinamikasının saxlanılması” mövzusunda dəyirmi masa keçirilib.

"Operativ Media" xəbər verir ki, SOCAR, “ADNOC”, bp, “ExxonMobil”, “Petronas” kimi beynəlxalq enerji şirkətlərinin qatıldığı dəyirmi masada müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərin, o cümlədən “Baker Hughes”, “Honeywell”, “GE Vernova”, “Teneo”nın nümayəndələri, həmçinin Ətraf Mühitin Mühafizəsi Fondu, “Neft və Qazın Dekarbonizasiyası Xartiyası” (OGDC), Beynəlxalq Enerji Agentliyi, “Atlantik Şuranın Qlobal Enerji Mərkəzi”, Neft-Qaz İqlim Təşəbbüsü, “McKinsey”, “Kapital Bank”, “Pasha Bank”, “Bank of Baku”, “Access Bank” və “Azərbaycan Beynəlxalq Bankı”nın təmsilçiləri iştirak ediblər.

Tədbirdə OGDC təşəbbüslərinin icrası istiqamətində dekarbonizasiya həllərinə, bu sahəyə maliyyə resurslarının cəlb edilməsi yollarının araşdırılmasına, OGDC-ni imzalayan şirkətlərin öhdəliklərini dəstəkləmək üçün sektorlar arası tərəfdaşlıqların gücləndirilməsinə və məlumatlılığın artırılmasına dair müzakirələr aparılıb.

Dəyirmi masada sənaye sektorunda dekarbonizasiya həllərinin inkişaf etdirilməsi üçün əsas amillərdən birinin maliyyə resurslarının cəlb edilməsi olduğu vurğulanıb. Azərbaycanda yerli bank sektorunun bu prosesdə iştirakının emissiyaların azaldılması layihələrinin icrası zamanı maliyyə resurslarına əlçatanlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb, bu sahədə məlumatlılığın artırılması və mümkün layihələrin icrasına dair birgə təkliflərin hazırlanmasının vacibliyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

İqtisadiyyat naziri:  "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

İqtisadiyyat naziri: "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu