Misir Rusiyadan buğda alacaq

Nərmin Qocamanlı
Misir Rusiyadan buğda alacaq

Türkiyənin buğda idxalına qadağa qoymasından sonra Misir Rusiyadan daha çox taxıl almağa hazır olduğunu açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri bildirib ki, Rusiya 2023-cü ilin iyun-sentyabr aylarında Türkiyəyə 3 milyon ton buğda ixrac edib və Türkiyə Rusiya taxıl alıcıları arasında ikinci olub. Lakin bu yaxınlarda Ankara yerli istehsalçıları qorumaq üçün iyunun 21-dən oktyabrın 15-dək buğda idxalını dayandıracağını bildirib.

"Beləliklə, Rusiyanın əlavə üç milyon tonu var. Eyni zamanda Misir daha çox Rusiya buğdasını almağa hazır olduğunu açıqlayıb. Buna görə də heç bir çətinlik olmayacaq və Rusiya yalnız tədarükləri istiqamətləndirəcək. Türkiyə istənilən halda Rusiyanın strateji tərəfdaşı olmağa davam edəcək", - O.Lut deyib.

Digər xəbərlər