Azərbaycan AİİB ilə ikitərəfli əməkdaşlığın aspektlərini nəzərdən keçirib
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri nəzərdən keçirilib.
"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"AİİB-in vitse-prezidenti Lyudqer Şuknextlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini - Bankın son dövrlərdə həyata keçirdiyi strategiyaları və nəzərdə tutulan tədbirləri, Azərbaycanda fəaliyyət istiqamətlərini, COP29 sahəsində birgə iş və tərəfdaşlıq imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.
Asiya İnfrastruktur İnvestisiya Bankının (@AIIB_Official) vitse-prezidenti Lyudqer Şuknextlə görüş zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini nəzərdən keçirdik:
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 7, 2024
• #AİİB tərəfindən son dövrlərdə həyata keçirilən strategiyalar və nəzərdə tutulan tədbirlər;
•… pic.twitter.com/IMOPwOidsM