Azərbaycan və Albaniya arasında Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib

Nərmin Qocamanlı
Azərbaycan və Albaniya arasında Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib

"Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 1-ci iclası məhsuldar keçdi".

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

"TAP-la bu ölkəyə qaz tədarükü, Korça şəhərinin qazlaşdırılması və digər prioritet layihələr, yaşıl enerji sahəsində şirkətlərin qarşılıqlı iştirakı ilə Azərbaycan-Albaniya enerji tərəfdaşlığının genişlənməsi, investisiyaların artırılmasından irəli gələn məsələləri müzakirə etdik. Səylərimizi gücləndirməyi, müzakirələri tez bir vaxtda yekunlaşdırmağı və birgə layihələr barədə qərar qəbul etməyi razılaşdırdıq. Bütün sahələrdə əməkdaşlığımızı yeni səviyyəyə yüksəldəcək Fəaliyyət Planını qəbul etdik", - nazir qeyd edib.

Şəkil Qalereyası

Azərbaycan və Albaniya arasında Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib - Şəkil 1
Azərbaycan və Albaniya arasında Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib - Şəkil 2

Digər xəbərlər