Yaponiyada may ayında korporativ iflasların əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz artıb.
"Operativ Media" xəbər verir ki, kredit araşdırma şirkəti "Tokyo Shoko Research" aylıq olaraq iflas xəbəri verən korporativ şirkətlərin son vəziyyətini araşdırıb.
Araşdırmada Yaponiyada may ayında iflas edən korporativ şirkətlərin sayı bir əvvəlki ilə görə yüzdə 42,9 artaraq 1009-a çatıb.
Müvafiq olaraq, Yaponiyada son 11 ildə ilk dəfə olaraq aylıq müflisləşən korporativ şirkətlərin sayı 1000-i keçib.
10 sektor arasında ən çox iflas 327 şirkətlə xidmət sektorunda baş verib. İkinci yerdə 193 şirkətlə tikinti sektoru qərarlaşıb.
Xarici valyuta qarşısında dəyər itirən Yapon yeninin xammal və enerji xərclərini artırdığı və bunun şirkətlər üçün ödənilməz xərclər yaratdığı vurğulanıb.
Bildirilib ki, iflas edən şirkətlərin sayının təxminən dörddə üçünün 100 milyon yendən (637 min dollar) aşağı borcları var.
İflasın səbəbləri ilə bağlı araşdırmada qeyd edilib ki, dəyərdən düşən Yapon yeni, inflyasiya və Covid-19 ilə bağlı dəstəyin sona çatması səbəbindən işçi qüvvəsinin azalması bizneslərə təzyiq göstərib.
Araşdırmada iflasların sayının artmasının gözlənildiyi qeyd edilib. Bəzi şirkətlərin mənfəətini açıqlasa da, bizneslərinin bərpasında gecikmələr səbəbindən maliyyə çətinliyi yaşayacaqları vurğulanıb.