http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AÇG və “Şahdəniz”dən indiyədək nə qədər qaz ixrac olunub?

11 İyun 2024 , 15:03
AÇG və “Şahdəniz”dən indiyədək nə qədər qaz ixrac olunub?

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2024-cü il tarixinədək buradan 442,4 milyard kubmetr qaz hasil olunub.

Energetika Nazirliyindən “Operativ Media"ya verilən məlumata görə, hesabat dövründə AÇG-dən 221,8 milyard kubmetr, “Şahdəniz”dən isə 220,6 milyard kubmetr qaz hasil edilib.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 157 milyard kubmetri ixraca nəql edilib”, - məlumatda bildirilir.

Məlumata görə, bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 2,3 milyard kubmetr qaz nəql olunub.

Qeyd olunur ki, 2024-cü ilin yanvar - may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində respublikada 20,9 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri AÇG, 11,6 milyard kubmetri “Şahdəniz”, 0,65 milyard kubmetri “Abşeron”, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,7 milyard kubmetr artımla qaz hasil edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

İqtisadiyyat naziri:  "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

İqtisadiyyat naziri: "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu