MDSS üzrə daxilolmalar 9 faizə yaxın artıb

Nərmin Qocamanlı
MDSS üzrə daxilolmalar 9 faizə yaxın artıb

2024-cü ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 186,9 mln. manat və ya 8,9% artım qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 mln. manat və ya 3,3%, qeyri-büdcə təşkilatları üzrə isə 198,2 mln. manat və ya 14,8% artımla olub.

Digər xəbərlər