29 Dekabr 2022, 09:47
Lavrov Qərbin İranın Rusiyaya PUA verməsi ilə bağlı ittihamlarına cavab verib

"İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsi ilə bağlı Qərbin bəyanatları əsassızdır"
"Operativ Media" xəbər verir, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində deyib.
"Qərb ölkələri BMT Təhlükəsizlik Şurasında guya İran "dronlarının" Rusiyaya çatdırılması ilə bağlı hay-küy salıblar. Həmişə olduğu kimi, hər şey "yüksək ehtimal" üslubundadır. Onlar fakt verə bilməz”. - Lavrov bildirib.