Almaniyada illik inflyasiya may ayında yüzdə 2,4-ə yüksəlib

Nərmin Qocamanlı
Almaniyada illik inflyasiya may ayında yüzdə 2,4-ə yüksəlib

Almaniyada illik inflyasiya may ayında yüzdə 2,4-ə yüksəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi açıqlayıb.

Ölkədə inflyasiya aylıq olaraq 0,1 faiz artıb.

Aİ-yə uyğun İstehlak Qiymətləri İndeksi (CPI) də may ayında əvvəlki aya görə yüzdə 0,1, illik bazda isə yüzdə 2,8 artıb.

Enerji qiymətləri xaric illik inflyasiya may ayında yüzdə 2,8 olaraq hesablanıb.

Ölkənin aparıcı iqtisadi tədqiqat institutları Avropanın ən böyük iqtisadiyyatında keçən il 5,9 faiz olan inflyasiyanın bu il orta hesabla 2,3 faizə düşəcəyini gözləyirlər.

Digər xəbərlər