Ana səhifə / İqtisadiyyat / Azərbaycan qarğıdalı idxalını artırıb Azərbaycan qarğıdalı idxalını artırıb 19.06.2024, 17:17 Bu ilin yanvar-may aylarında Azərbaycana 57,6 min ton qarğıdalı idxal edilib. "Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 18,2 milyon ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 min ton (23 %), dəyər baxımından isə 2,7 milyon ABŞ dolları (17,1 %) çoxdur. Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,25 %-ni təşkil edib. Teqlər: "Az\u0259rbaycan qar\u011f\u0131dal\u0131 idxal\u0131n\u0131 art\u0131r\u0131b"
27.02.2026, 17:50 Azərbaycan və Efiopiya arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub