http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

21 İyun 2024 , 11:26
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

zərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8,25 faizə səviyyəsində dəyişməz saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub.

İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir. Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun aşağı həddinin altında olub. Belə ki, cari ilin may ayında 12 aylıq inflyasiya 0,3 faiz təşkil edib ki, bu da Mərkəzi Bankın aprel proqnozlarına uyğundur. May ayında 12 aylıq baza inflyasiya 0,4 faiz olub. İllik ərzaq deflyasiyası 1,4 faiz qeyri-ərzaq inflyasiyası 1 faiz, xidmətlər inflyasiyası isə 2,2 faiz təşkil edib.

Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə, qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.

İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən, bu ilin may ayında illik əsasda əmtəə qiymətləri indeksi 5,6 faiz, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5,1 faiz artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri indeksi 3,4 faiz azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 faiz və 2024-cü ilin 5 ayında 3,2 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Cari ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10,1 faiz təşkil edib. 5 ayda ölkənin strateji valyuta ehtiyatları 1,8 faiz (və ya 1,3 milyard dollar) artaraq 69,7 milyard dollara çatıb.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Bu alətlərdən aktiv istifadə pul bazarında orta faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini təmin edir. İyun ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6,75 faiz (mayda 6,88 faiz) olmaqla faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Mərkəzi Bank avtonom (pul siyasətindən kənar) amillərin, xüsusən də dövlət büdcəsindəki profisitlə əlaqədar olaraq hökumət hesabları qalıqlarının artımının bank sistemindəki likvidliyə azaldıcı təsirini nəzərə almaqla sterilizasiya əməliyyatlarının həcmini azaldıb.

2024_06_21_66752a72af7fe.jpg

Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski olaraq qalır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsinin və kredit aktivliyinin inflyasiyaya təsirləri diqqətdə saxlanılmalıdır.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir. Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını bu ilin iyul ayının sonunda elan edəcək.

Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin növbəti iclasda da dəyişməz saxlanılması ehtimalını yüksək saxlayır.

Bu qərar 24 iyun 2024-cü ildən qüvvəyə minir.

 

OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov BMT-nin İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi ilə görüş keçirib

Mikayıl Cabbarov BMT-nin İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi ilə görüş keçirib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

XƏBƏR LENTİ
  • Dünən
    23:30

    Atatürk parkının kənarında piyada səkisi genişləndirilir
  • Dünən
    22:50

    Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq
  • Dünən
    22:48

    Rusiya 13 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan edib
  • Dünən
    22:40

    İran orbitə iki peyk buraxacaq
  • Dünən
    22:26

    Tramp Netanyahu ilə görüşəcək
  • Dünən
    22:17

    Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü
  • Dünən
    22:16

    Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  • Dünən
    22:13

    Sabah Mingəçevirin bəzi hissəsində elektrik enerjisinin verilməsində fasilə olacaq
Menyu