07 Oktyabr 2022, 22:59
“Avroviziya”nın keçiriləcəyi şəhər məlum olub
“Avroviziya”nın keçiriləcəyi şəhər məlum olub şəkil
“Avroviziya”nın keçiriləcəyi şəhər məlum olub

2023-cü ildə “Avroviziya” mahnı müsabiqəsi Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

“Operativ Media" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, Liverpul müsabiqənin keçirilməsi uğrunda yarışda ölkənin Qlazqo, Birmingem, Lids, Mançester, Nyukasl və Şeffild şəhərlərini geridə qoyub.

Qeyd edək ki, müsabiqənin birinci yarım finalı mayın 9-da, ikinci yarım final mayın 11-də, final isə eyni ayın 13-də baş tutacaq.

Xatırladaq ki, Böyük Britaniya 2022-ci ildə yarışmanın qalibi olan Ukraynanın Rusiya işğalına məruz qalması fonunda sayca 67-ci “Avroviziya” mahnı müsabiqəsini Ukraynanın adından keçirmək öhdəliyini götürüb.

Son xəbərlər
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
SOCAR: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırılıb
Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər təyin olunub
"Bank Respublika" SMS bildirişə görə aylıq abunə haqqını 3 manata qaldırıb