http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

26 İyun 2024 , 14:55
İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) prezidenti ilə keçirilən görüşdə AİB - Azərbaycan əlaqələri, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində əməkdaşlıq və gələcək planlar barədə müzakirələr aparılıb.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov AİB-in prezidenti Masatsuqu Asakava ilə görüşüb.

Nazir ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. AİB ilə tərəfdaşlığımızın 25 ilinin tamam olduğu və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti, Bankın enerji, infrastruktur, idarəetmə, eləcə də özəl sektorun inkişafı sahəsində ölkəmizə dəstək göstərdiyi, birgə layihələrin reallaşdırıldığı qeyd edilib.

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafa töhfə verəcəyini vurğulayıb, AİB-in COP29-la bağlı ölkəmizə dəstək göstərməyə hazır olduğu ifadə edilib.

Tərəflər müxtəlif sahələr üzrə, o cümlədən AİB-in CAREC Proqramı çərçivəsində əməkdaşlıq imkanları, gələcək planlar və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Gürcüstanda Azərbaycanla sərhədə qədər avtomobil yolunun tikintisi bu il başa çatdırılacaq

Gürcüstanda Azərbaycanla sərhədə qədər avtomobil yolunun tikintisi bu il başa çatdırılacaq

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

O’Brayn: Orta Dəhlizin region üçün çox vacib bir addım olduğuna inanırıq

O’Brayn: Orta Dəhlizin region üçün çox vacib bir addım olduğuna inanırıq

XƏBƏR LENTİ
  • 15:40

    Prezident Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokolu təsdiqləyib
  • 14:53

    İraq və Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirilib
  • 14:43

    Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək
  • 14:41

    Ərdoğan Qurbanqulu Berdiməhəmmədov ilə telefon danışığı aparıb
  • 14:03

    Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
  • 13:57

    Bərdədə traktor yanıb, bir nəfər xəsarət alıb
  • 13:53

    Üzərinə benzin atılaraq yandırılan şəxslərin vəziyyəti ağırdır - TƏBİB
  • 13:26

    Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
Menyu