http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar

26 İyun 2024 , 19:24
Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar

26 İyun- Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər.

"Operativ Media" xəbər verir ki, səfər zamanı onlar Zəngilan şəhər məscidini ziyarət edib, orada namaz qılıb dualar ediblər. Qonaqlar Zəngilan Konqres Mərkəzinə baş çəkərək Mərkəzin timsalında ərazidə görülən quruculuq işləri ilə və keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar. Həmçinin birinci Qarabağ müharibəsi Şəhidlərinin xiyabanı ziyarət edilib.

Fəxri qonaqlar Cəbrayıl rayonuna, tarixi Xudafərin körpüsünə də səfər ediblər.

Tədbirin sonunda Ağalı kəndində incəsənət xadimlərinin təqdimatında sakinlər və şəhid ailələrinin üzvləri üçün konsert proqramı təşkil olunub. Respublikanın Əməkdar artisti Sevinc Sarıyeva və sevilən müğənni Tural Salmanov vətənpərvərlik mövzusunda ifaları ilə unudulmaz anlar yaşadıblar

Tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.

OXŞAR XƏBƏRLƏR
İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu